Tez-tez verilən suallar

Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq fiziki şəxslər üçün rüsumsuz limit otuz təqvim günü ərzində 1000 ABŞ dolları təşkil edir. (Kommersiya məqsədi olmadan) 
Azərbaycan Respublikasına fiziki şəxslər tərəfindən gətirilməsi və beynəlxalq poçt göndərişləri vasitəsilə alınması qadağan olunmuş mallar 


Türkiyə tərəfindən qadağan olunan məhsullar (Maye məhsullar,telefonlar,tərkibində batareya olan avadanlıqlar ) 

Yivli odlu silah növləri, döyüş sursatı (ov silahları üçün sursatlar istisna edilməklə), hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika. 

Radioaktiv maddələr. 

Narkotik və psixotrop maddələr, onlardan istifadə üçün ləvazimat. 

Əxlaq pozğunluğunu, zorakılığını, terrorizmi təbliğ və reklam edən materiallar. 

Narkotik, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar. 

Canlı heyvanlar 

Bitki və toxumlar 

Hər cür silah növləri, döyüş sursatı, hərbi təyinatlı hər cür əşyalar, partlayıcı maddələr, hərbi texnika. 

Xüsusi məxfi rabitə vasitələri, onların şifrləri və istismarı haqqında ədəbiyyat. 

Müdafiə, Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin operativ istintaq fəaliyyəti üzrə informasiya sistemləri, sənədləri və arxivləri. 

Dövlət əhəmiyyətli sənədlər, ixtiralar, layihələr. 

Xammal şəklində olan qiymətli metallar və qiymətli qaşlar.

ABŞ Həftədə 1 dəfə

- Bazar günləri göndərilir və həftənin 2-ci günü təhvil verilir.


Türkiyədən Həftədə 2 dəfə

- 2-ci gün göndərilir və həftənin 3-cü günü təhvil verilir.

- 5-ci gün göndərilir və həftənin 6-cı günü təhvil verilir.

Siz bizim saytımızda qeydiyyatdan keçməklə bizim xaricdəki ofisimizin ünvanını əldə edirsiniz. Və bundan sonra müvafiq ölkə seçiminzə uyğun saytdan sifariş edərkən ünvan hissəsində bizim saytımızdan əldə etdiyiniz ünvanı qeyd edərək sifarişinizi tamamlayırsınız. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırır. Və biz təhvil aldığımız sifarişinizi Azərbaycana gətiririk.

Əgər plastik kartınız yoxdursa və ya kartınızla xarici saytlara ödəmə edə bilmirsinizsə biz sizə kömək edərik. Belə ki, siz bəyəndiyiniz məhsulun linkini saytımızdaki "Sifariş et" bölməsindən bizə göndərirsiniz. Və bizə həmin məhsulun dəyərini online şəkildə ödəyirsiniz. Ödənişiniz həyata keçdikdən sonra tez bir zamanda əməkdaşlarımız sifarişinizi satıcı firmanın saytında sizin adınıza rəsmiləşdirir.

Saytımızda sifariş et bölməsindən linkləri göndərdikdən sonra sifarişlərim bölməsində göndərdiyiniz məhsul üçün ödəniş edə bilərsiniz. Bağlamanızın çatdırılma haqqını ödəmək üçün isə balans bölməsindən istifadə edə bilərsiniz.

Çatdırılma müddəti sifariş verdiyiniz saytdan asılıdır. Satıcı firmalarda çatdırılma müddəti 3-7 gün olur. Həftə sonları və rəsmi bayram günləri çatdırılma müddətini uzada bilər. Satıcı firma sizin sifarişinizi bizim xaricdəki anbarımıza çatdırdıqdan sonra ən gec 4 gün sonra bakıda olur.

Xaricdəki ünvanlarımızı əldə etmək üçün saytımızdan qeydiyyatdan keçməlisiniz. Qeydiyyatdan keçdiyiniz mail adresinizi və şifrənizi yazaraq sistemə daxil olduqdan sonra xaricdəki ünvanlarımız əks olunacaq.

Satıcı firmaların göndərdiyi məhsulların düzgünlüyünə,orijinallığına və keyfiyyətinə görə Goshop.az heç bir halda məhsuliyyət daşımır.Məhsul geri qaytarmaq və dəyişdirmək üçün satıcı firma ilə əlaqə yaradın. Məhsul geri qaytarılması və dəyişdirilməsi satıcı firma ilə sizin aranızda olur və Goshop.az belə hallarda heç bir məhsuliyyət daşımır.

Sifariş olunan bağlamanın çatdırılma haqqı çəkiyə görə hesablanır. Ölçüsü 1 metrdən böyük olan bağlamaların çatdırılma haqqı həcmi çəkiyə görə hesablanır. Həcmi çəkinin hesablanması üçün en*, hündürlük*, uzunluq*, 6000 standartı tətbiq edilir. Bağlamalar birləşdirilmir və hər biri öz çəkisinə görə hesablanır.

Sifarişiniz səhv gəlib?

Məhsulun rəngi, ölçüsü səhvdir?

Məhsulda qüsur var?

Və ya sadəcə olaraq bəyənmədiniz?

 

BİZ QAYTARARIQ!

Müştərilərimizin problemlərini davamlı olaraq dinləmənin nəticəsi olaraq yeni GERİ QAYTARMA ZƏMANƏTİ xidmətimizi təqdim edirik.

İndi sifarişinizə çox ucuz qiymətlərlə ZƏMANƏT ALIN, məhsulu bəyənməsəniz, biz geri qaytaraq!

E-ticarətdə ən çox ehtiyat edilən məqam məhsulların saytlarda göstərildiyi kimi gəlməməsi və ya ölçülərinin uyğun olmamasıdır. Ancaq bu, sizlərin e-ticarətlə alış-veriş edərək əldə edə biləcəyiniz 70-80%-lik endirimlərdən imtina etmənizə səbəb olmamalıdır. Bu səbəbdən, müştərilərimiz üçün e-ticarət risklərini minimala endirəcək GERİ QAYTARMA ZƏMANƏTİ xidmətini təklif edirik.

 

GERİ QAYTARMA ZƏMANƏTİ xidməti qiymətləri sifarişin dəyəri əsasında təyin olunur və aşağıdakı kimidir: (Zəmanət ödənişinin çatdırılma haqqına aidiyyatı yoxdur)

 

  • 150 TL-ə qədər dəyəri olan sifarişlər üçün - 2$
  • Növbəti hər 50 TL üçün - əlavə 1$

 

GERİ QAYTARMA ZƏMANƏTİ xidmətinin istifadəsi ilə məhsul satıcı firmanın geri qaytarma şərtləri nəzərə alınmaqla aşağıdakı hallarda geri qaytarıla bilər:

  • Məhsul ölçüsü, rəngi və s. yanlış gəldiyində;
  • Məhsul qüsurlu gəldiyində;
  • Məhsul geyim kateqoriyasına (ayaqqabı, çanta daxil) aid olduğunda;
  • Müştəri sadəcə olaraq məhsulu bəyənməyib geri qaytarmaq istədikdə;
  • Məhsul Bakı anbarına çatdığı gün və ertəsi gün ərzində.

 

Qeyd: Məhsul geri qaytarıldığında məhsulun ödənişi (sifariş zamanı ödədiyiniz 5% bank xərci xaric olmaqla) kupon olaraq hesabınıza qaytarılır. Ya həmin məbləğlə yenidən sifariş verə bilərsiniz, ya da 14 gün ərzində satıcı firma ödənişi geri qaytardığında ödəniş kartınıza qaytarıla bilər. Geri qaytarma zəmanəti edilmiş sifariş satıcı firma tərəfindən ləğv olunarsa, zəmanət ödənişi də geri qaytarılır.

 

Bağlamalarınızı təhvil alana qədər sifarişin geri qaytarılmasına zəmanət ala bilərsiz. Nəzərə alın ki, geri qaytarma zəmanəti olunmuş sifariş müştəri tərəfindən ləğv oluna bilməz.

 

Daha risksiz internet alış-verişi üçün sərfəli qiymətlərlə "Geri Qaytarma Zəmanəti" xidmətimizi yoxlamağa elə indi başlayın!

Hörmətlə,

Goshop.az