Qaydalar

İstifadəçi şərtləri: “GoShop” Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş və qanunvericiliyin tələblərinə uyğun olaraq əldə etdiyi “Sürətli poçt xidməti” lisenziyası əsasında fəaliyyət göstərən “Daşıyıcı” şirkətdir.

Bununla yanaşı şirkətimiz üç tərəfli (Satıcı, Alıcı, Yükalan) müqavilə əsasında bəzi müştərilərin məhsullarının alınmasında vasitəçi kimi iştirak edir. “Sifariş et” adlandırdığımız bu xidmət üçün əlavə 5% (bank komisiyası, nəğdləşdirmə, xidmət haqqı) ödəniş nəzərdə tutulmuşdur.  Qeyd edək ki, bu ödəniş yalnız sifariş et xidməti üçündür. Əlavə olaraq çatdırılma ödənişi hər bir bağlamanın çəkisinə görə hesablanır.

“GoShop” göstərdiyi vasitəçilik xidməti çərçivəsində heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə, vaxtında çatdırılmasına  görə məsuliyyət daşımır. Yanlış gələn malların geriyə qaytarılması mümkün deyil. 

“GoShop” qəbul olunmuş sifarişləri növbəlilik əsasında həyata keçirir və həftə içi 24 saat ərzində sifarişlərin yerləşdirməsinə zəmanət verir. Bununla belə sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün və ya rəngin bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ istifadəçinin balansına geri qaytarılır.

İstifadəçi balansına yüklənən məbləği digər məhsulların alınmasına istifadə edə bilər və yaxud da hesabına geri tələb edə bilər. Bu halda məbləğ istifadəçinin hesabına 1-3 iş gün ərzində geri qaytarılır. 

Sifarişlər verilərkən məhsul(lar)un və Türkiyə daxili karqonun ödənişi tam ödənilməlidir. Ödənilmədiyi təqdirdə çatışmayan məbləğ varsa müştərinin mövcud balansından tutulur və yaxud da məhsul(lar) təhvil verilərkən müştəridən tələb olunur. Ödənişlər tam ödənildikdən sonra məhsulun təhvili mümkündür. 

 “GoShop” qəbul olunmuş sifarişləri eyni anda və birlikdə həyata keçirir. Buna baxmayaraq məhsullar satıcı tərəfindən ayrı-ayrı bağlamalarda göndərilə bilər və buna görə “GoShop” məsuliyyət daşımır.