GERİ QAYTARMA ZƏMANƏTİ

Sifarişiniz səhv gəlib?

Məhsulun rəngi, ölçüsü səhvdir?

Məhsulda qüsur var?

Və ya sadəcə olaraq bəyənmədiniz?

 

BİZ QAYTARARIQ!

Müştərilərimizin problemlərini davamlı olaraq dinləmənin nəticəsi olaraq yeni GERİ QAYTARMA ZƏMANƏTİ xidmətimizi təqdim edirik.

İndi sifarişinizə çox ucuz qiymətlərlə ZƏMANƏT ALIN, məhsulu bəyənməsəniz, biz geri qaytaraq!

E-ticarətdə ən çox ehtiyat edilən məqam məhsulların saytlarda göstərildiyi kimi gəlməməsi və ya ölçülərinin uyğun olmamasıdır. Ancaq bu, sizlərin e-ticarətlə alış-veriş edərək əldə edə biləcəyiniz 70-80%-lik endirimlərdən imtina etmənizə səbəb olmamalıdır. Bu səbəbdən, müştərilərimiz üçün e-ticarət risklərini minimala endirəcək GERİ QAYTARMA ZƏMANƏTİ xidmətini təklif edirik.

 

GERİ QAYTARMA ZƏMANƏTİ xidməti qiymətləri sifarişin dəyəri əsasında təyin olunur və aşağıdakı kimidir: (Zəmanət ödənişinin çatdırılma haqqına aidiyyatı yoxdur)

 

  • 150 TL-ə qədər dəyəri olan sifarişlər üçün - 2$
  • Növbəti hər 50 TL üçün - əlavə 1$

 

GERİ QAYTARMA ZƏMANƏTİ xidmətinin istifadəsi ilə məhsul satıcı firmanın geri qaytarma şərtləri nəzərə alınmaqla aşağıdakı hallarda geri qaytarıla bilər:

  • Məhsul ölçüsü, rəngi və s. yanlış gəldiyində;
  • Məhsul qüsurlu gəldiyində;
  • Məhsul geyim kateqoriyasına (ayaqqabı, çanta daxil) aid olduğunda;
  • Müştəri sadəcə olaraq məhsulu bəyənməyib geri qaytarmaq istədikdə;
  • Məhsul Bakı anbarına çatdığı gün və ertəsi gün ərzində.

 

Qeyd: Məhsul geri qaytarıldığında məhsulun ödənişi (sifariş zamanı ödədiyiniz 5% bank xərci xaric olmaqla) kupon olaraq hesabınıza qaytarılır. Ya həmin məbləğlə yenidən sifariş verə bilərsiniz, ya da 14 gün ərzində satıcı firma ödənişi geri qaytardığında ödəniş kartınıza qaytarıla bilər. Geri qaytarma zəmanəti edilmiş sifariş satıcı firma tərəfindən ləğv olunarsa, zəmanət ödənişi də geri qaytarılır.

 

Bağlamalarınızı təhvil alana qədər sifarişin geri qaytarılmasına zəmanət ala bilərsiz. Nəzərə alın ki, geri qaytarma zəmanəti olunmuş sifariş müştəri tərəfindən ləğv oluna bilməz.

 

Daha risksiz internet alış-verişi üçün sərfəli qiymətlərlə "Geri Qaytarma Zəmanəti" xidmətimizi yoxlamağa elə indi başlayın!

Hörmətlə,

Goshop.az