XİDMƏT ŞƏRTLƏRİ

SİFARİŞ ET XİDMƏT ŞƏRTLƏRİ

  • "GoShop" MMC satıcı firma deyil və heç bir satış xidməti göstərmir. Şirkət sifarişçinin ödənişini birbaşa əməkdaşlıq etdiyi Türkiyə şirkətinin bank hesabına köçürür. Sifariş verilmə prosesi üçün 5% ödəmə (bank) komissyası nəzərdə tutulmuşdur.
  • Qapıda ödəmə ilə göndərilən sifarişlər qəbul olunmur.
  • Sifarişlər 2 formada verilir Normal sifarişlər və Təcili sifarişlər
  • Normal sifarişlər ardıcıl növbəli olaraq verilir sifarişin verilmə müddəti sifariş sayından asılı olaraq dəyişə bilər
  • Təcili Sifarişlər normal sifariş növbəsindən çıxarılaraq təcili sifariş növbəsinə əlavə olunur ortalama 15-30 dəqiqə ərzində sifariş verilir. Sifarişin verilmə müddəti Təcili sifariş növbəsindən asılı olaraq dəyişə bilər.
  • "GoShop" MMC heç bir halda satıcı firmanın göndərdiyi məhsulun keyfiyyətinə, tamlığına, tərkibinə, ölçü və formasına, satış anbarında tükənməsinə görə və ya sifarişin satıcı tərəfindən ləğv olunmasına məsuliyyət daşımır.
  • "GoShop" MMC satıcı firma tərəfindən malın onun anbarına çatdırılması vaxtına görə heç bir məsuliyyət daşımır.
  • "GoShop" MMC sifariş verildikdən sonra sifariş üzərində heç bir əməliyyat aparmır (Məhsulun ləğv olunması, rəng və ya ölçünün dəyişməsi və s dəyişikliklər)
  • "GoShop" MMC sifarişlərin verilməsini növbəli sistemlə həyata keçirir. İstifadəçinin eyni saytdan verdiyi sifarişlər sayından asılı olmayaraq eyni anda (eyni səbətə əlavə olunaraq ) verilir. Lakin qeyd etməliyik ki, bəzi satıcı firmalar sifarişləri daha sürətlə daşıma şirkətinə çatdırmaq üçün eyni sifarişçinin bir neçə yükünü müxtəlif vaxtlarda və fərqli bağlamalarda göndərir.
  • İstifadəçilərə sifariş vermədən öncə satıcı firmalar haqqında istifadə rəyləri ilə tanış olmaları (məsələn, https://www.sikayetvar.com/ tipli saytlardan) və yaşanacaq problemlər barədə əvvəlcədən məlumatlanmaları tövsiyyə olunur
  • Endirim kuponları və ya kampaniyalar ilə bağlı istifadəçi Qeyd hissəsində məlumat verməlidir.Qeyd olmadığı təqdirdə endirimlərin nəzərə alınmama ehtimalı ola bilər.
  • İstifadəçi ödəniş edərkən Türkiyədaxili karqo ödənişini etmədiyi halda bu mal təhvil verilərkən onun balansından çıxılacaqdır.
  • Sifariş prosesində hər hansı problem yarandıqda (məhsulun bitməsi, sifariş olunan ölçünün bitməsi, kampaniyanın başa çatması, ödəmə problemi və s.) istifadəçinin ödədiyi məbləğ Türkiyə şirkəti tərəfindən kartına geri qaytarılır.
  • Ödəniş xidməti sadəcə TL üzərindən aparılır əlavə bank komissiyalarına görə GoShop MMC heç bir məsuliyyət daşımır. (Sifariş verməzdən öncə bankınız ilə TL konverstasiya xərcini dəqiqləşdirə bilərsiniz)
  • Sifariş olunmuş məhsullun ödənişi hər hansı səbəbdən geri qaytarılarsa 5% komissiya geri qaytarılmır
  • Sifariş ilə bağlı yaşanmış hər hansı problem zamanı istifadəçiyə telefon vasitəsi ilə məlumat verilir. Sifarişin tamamlanması ilə bağlı problem yarana bilər
  • Sifarişləri səbətə topladıqdan sonra Toplam ödə funksiyası ilə ödənilmiş sifarişlər birlikdə verilir. Ayrı-ayrılıqda ödəniş olunmuş sifarişlər fərqli vaxtlarda sifariş verilə bilər
  • Ödənişlərin karta geri qaytarılması 5-15 gün müddətində baş verir, bəzi hallarda isə daha bir neçə gün banklardan asılı olaraq gecikmə ola bilər.
  • Tərkibində maye, tez alışan maddələr, batareya və Azərbaycan qanunvericiliyinə qadağan olunmuş məhsulların sifarişi qəbul olunmur.
  • Çatdırılma haqqı hər bağlamanın çəkisinə görə hesablanır.
  • "GoShop" MMC istifadəçinin sifariş ilə bağlı məlumatlarını yalnız sorğu vasitəsi ilə cavablandırır. "GoShop" MMC bütün istifadəçiləri xidmətdən istifadə etməzdən əvvəl daşıma şərtləri ilə tanış olmağa çağırır. Şərtlərlə tanış olmaq üçün keçiddən istifadə edə bilərsiniz.

 

MALLARIN DAŞINMASI XİDMƏTİNƏ DAİR ŞƏRTLƏR TOPLUSU

  1. Məlumat üçün Sifarişçinin nəzərinə çatdırılır ki, Sifarişin dəyəri 30 gün ərzində 1.000 (bir min) ABŞ dolları        məbləğinədək olduqda, gömrük orqanları tərəfindən Sifarişçidən gömrük rüsumu tutulmur. Sifarişin dəyəri 30 (otuz) təqvim günü ərzində 1.000 (bir min) ABŞ dolları məbləğindən artıq olarsa, Sifarişçinin sifarişin ümumi dəyərinin 36%-i (otuz altı faiz) miqdarında gömrük orqanlarına gömrük rüsumu ödəmək öhdəliyi yaranacaq.
  2. Sifariş edilən malların sığortalanması “Daşıyıcı” tərəfindən həyata keçirilmir və buna görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır.
  3. Sifariş əsasında daşınan bağlamadakı əşyanın qüsurlu olmasına görə “Daşıyıcı” heç bir məsuliyyət daşımır. Bu kimi hallarda Sifarişçi problemin aradan qaldırması üçün əşyadakı qüsurlara görə pretenziyasını ancaq Satıcıya qarşı irəli sürə bilər.
  4. Sifariş edilmiş bağlama “Daşıyıcı”nın ofisinə daxil olduqdan sonra “Daşıyıcı” tərəfindən Sifarişçiyə bu barədə zənglə, SMS-lə, poçt bildirişi ilə və ya e-mail vasitəsilə məlumat  veriləcək. Sadalanan bu vasitələrdən (zəng, SMS, poçt, e-mail) hər hansı biri ilə Sifarişçiyə məlumat verildikdə, Sifarişçi “Daşıyıcı” tərəfindən rəsmi qaydada məlumatlandırılmış hesab ediləcək.  Sifarişçi bağlamanı “Daşıyıcı”nın  Füzuli 65 ünvanında yerləşən ofisindən götürəcək. Əgər Sifarişçi bağlamanın birbaşa ünvanına çatdırılmasını istəyərsə, bu zaman ödənişli kuriyer xidmətindən istifadə edə bilər.
  5. Sifariş olunan bağlamanın  “Daşıyıcı”nın ofisinə daxil olması barədə Sifarişçiyə məlumat verildiyi andan etibarən 15 (on beş) təqvim günü ərzində Sifarişçi bağlamanı təhvil almadığı təqdirdə, hər gün üçün 0,50 AZN (sıfır manat, 50 qəpik) saxlama haqqı hesablanır. Sifarişçi “Daşıyıcı”  qarşısında bütün maddi öhdəliklərini ödəyənədək bağlamanı təhvil ala bilməz.
  6. Sifariş olunan bağlamanın ofisdən təhvil alınması barədə “Daşıyıcı” tərəfindən Sifarişçiyə bu barədə məlumat verildiyi andan etibarən, bağlama 3 (üç) ay ərzində Sifarişçi tərəfindən təhvil alınmadığı təqdirdə, bağlamadakı əmlak “Daşıyıcı”nın mülkiyyətinə keçir.
  7. Sifariş olunan mal sınan əşyadırsa, təhvil alınarkən bağlama Sifarişçi tərəfindən açılmalı və  əşyanın salamatlılığı yoxlanılmalıdır. Sifarişçi bağlamanın açılmasını arzu etməzsə, o zaman gələcəkdə bu barədə yaranacaq problemlərə görə “Daşıyıcı”  məsuliyyətdən azad ediləcək.
  8. Sifariş olunan bağlamanın çatdırılma haqqı 2 meyar üzrə (çəki və həcm) hesablanır. Sifarişçi bu meyarlar üzrə hesablanmış daşıma haqqının daha çox olanı üzrə ödəniş aparır. Həcm meyarına əsasən ödəniş aparılan zaman en*hündürlük*uzunluq/6000 standartı tətbiq edilir.
  9. Çatdırılma ödənişləri hər bir bağlama üçün ayrılıqda hesablanır.(Sifarişiniz bir neçə bağlamada gələrsə hər bağlama üçün ayrı ayrılıqda hesablanır.)
  10. Bağlamanın təhvil verilməsi qəbzlə rəsmiləşdirilir.
  11. Bağlamalar təhvil alınarkən ödənişi tam formada  bütün bağlamalar üçün olunmalıdır.
  12. Sifariş edilmiş bağlamanın “Daşıyıcı”dan asılı olmayan səbəblərə görə gecikməsi hallarında (Avia reyslərin gecikməsi, Gömrük nəzarət yoxlamaları və s ) “Daşıyıcı” heç bir məsuliyyət daşımır və belə bir hal sifarişdən imtina üçün əsas sayıla bilməz.

Sifarişçi ilə aparılan bütün chat yazışmalarının, habelə Sifarişçiyə aid “Daşıyıcı”ya bəlli olan məlumatların, “Daşıyıcı”nın çağrı mərkəzinə (call center) olunan zənglərin arxivləşdirilməsi aparılır və konfidensiallıq “GoShop” MMC tərəfindən qorunur.

 

ŞƏXSİ MƏLUMATLARIN QORUNMASI

Şəxsi məlumat deyərkən Goshop.az müştərilərinin GoShop.az-a təqdim etdikləri məlumatlar nəzərdə tutulur.


Ümumi prinisplər:

  • Goshop.az aşağıda qeyd edilən məqsədlər ilə müştərinin  şəxsi məlumatlarını istifadə edə və ya açıqlaya bilər:
  • Xidmət seçimlərinizi təyin etmək üçün
  • İnformasiya, təbliğat, bizim məhsul və xidmətlərimiz və ya yenilənmiş marketinq və reklam materiallarını sizə göndərmək üçün Goshop.az-in maraqlarını qorumaq üçün
  • Ədalət mühakiməsi üçün
  • -Sizin maraqlarınıza uyğun olduğunu düşündüyümüz, Goshop.az-ın xidmətləri və ya üçüncü tərəfin xüsusi təkliflərini təbliğ etmək üçün Goshop.az qeydiyyat formasında tələb edilən şəxsi məlumatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tələblərinə və ehtiyaclarınıza uyğun daha yaxşı xidmət göstərmək məqsədi ilə toplayır.

 

Təhlükəsizlik prinsipləri:

  • Goshop.az şəxsi məlumatların səhvən silinməsi və ya açıqlanmaması üçün Şəxsi Məlumatların gizliliyi və təhlükəsizliyini qorumaq məqsədilə təşkilati və texniki addımlar da daxil olmaqla bütün ehtiyat tədbirlərinin görülməsindən məsuliyyət daşıyır.
  • Siz Qeydiyyat Formasında tələb edilən məlumatlara verilən cavablara görə məsuliyyət daşıyırsınız. Əgər, Qeydiyyat formasında tələb edilən informasiyalara natamam və ya qeyri-dəqiq cavab verilsə, bu müştəriyə göstərilən xidmətin dayandırılması və ya xidmətin tamamilə sonlandırılması ilə nəticələnə bilər.

 

Ödəmə kartları (MasterCart, VisaCart ...):

  • Kart sahibinin məxfi kart məlumatları saxlanılmır!


Goshop.az müştərilərinin şəxsi məlumatlarının qorunmasına cavabdehdir.